...

Aşura günü Azərbaycanda qanvermə aksiyası keçiriləcək məscidlərin siyahısı açıqlanıb

Cəmiyyət Materials 22 Noyabr 2012 12:08 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsi Aşura günü ilə bağlı qanvermə aksiyası keçiriləcək məsçid və ziyarətgahların siyahısını açıqlayıb.
Aşura günü Azərbaycanda qanvermə aksiyası keçiriləcək məscidlərin siyahısı açıqlanıb

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Qafqaz Müsəlmanları İdarəsi Aşura günü ilə bağlı qanvermə aksiyası keçiriləcək məsçid və ziyarətgahların siyahısını açıqlayıb.

QMİ-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, vətəndaşlar Bakının Təzə pir, Hacı Soltanəli, Bibi-Heybət, İçərişəhər, Qaraçuxur Mir Mövsüm Ağa, Keşlə qəsəbə məscidlərində qan verə bilərlər.

Həmçinin Sumqayıtda şəhər Cümə, Gəncədə İmamzadə, Mingəçevirdə Heydər məscidlərində, Şəki şəhər məscidi, Lənkəranda Böyük bazar məscidi və Bərdə şəhər Cümə məscidində qanvermə aksiyaları keçiriləcək.

Məhərrəm ayı noyabrın 16-da başlayıb. Aşura günü isə noyabrın 25-dədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti