...

Ukraynadakı azərbaycanlılar "Qolodomor" qurbanlarını yad ediblər

Cəmiyyət Materials 25 Noyabr 2012 13:23 (UTC +04:00)
Ukraynada yaşayan azərbaycanlılar "Qolodomor" qurbanlarını yad ediblər
Ukraynadakı azərbaycanlılar "Qolodomor" qurbanlarını yad ediblər

Azərbaycan, Bakı, 25 noyabr / Trend müxbir M.Əliyev/

Ukraynada yaşayan azərbaycanlılar "Qolodomor" qurbanlarını yad ediblər.

Trend-in məlumatına görə, Ukrayna Azərbaycanlılar Konqresinin (UAK) mətbuat xidmətindən bildirilib ki, Ukraynanın hazırkı prezidenti Viktor Yanukoviç və hər üç eks-prezidentin iştirakı ilə keçirilən tədbirdə UAK sədri Rövşən Tağıyev "Ukraynada aclıq qurbanlarının xatirə memorialı" üzərinə azərbaycan diasporasının adından əklil qoyub.

Bu günlər Ukraynada 1932-1933-cü illərdə milyonlarla adamın həyatına son qoyan böyük aclığın qurbanlarının xatirəsini yad edilir. Ölkə tarixində ilk dəfə olaraq dövlət başçısı Viktor Yanukoviç və üç eks prezident - Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko birgə anım mərasimində iştirak ediblər.

Azərbaycan diaspor nümayəndələri tədbir zamanı digər post sovet ölkələri ilə yanaşı Azərbaycanda repressiya qurbanlarını yad ediblər.

Anım günündə tədbir iştirakçıları "Xatirə şam"ına yanan çıraq qoyublar.

Xatırladaq ki, 1932-1933-cü il aclığı SSRİ-nin əsas taxılçılıq rayonlarını - Ukrayna, Şimali Qafqaz, Aşağı və Orta Volqaətrafı, Qazaxıstan, Qırğızıstan, Qərbi Sibir, Cənubi Uralı əhatə edib. Müxtəlif məlumatlara görə, aclıdan 7-8 milyon adam ölüb. Onlardan 3-3,5 milyonu Ukraynada, 2 milyonu Qazaxıstan və Qırğızıstanda, 2-2,5 milyon nəfəri isə Rusiyada aclığın qurbanı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti