...

Azər Tağıyev yenidən Vəkillər Kollegiyasının başçısı seçilib

Cəmiyyət Materials 8 Dekabr 2012 19:09 (UTC +04:00)
Vəkillər Kollegiyasının bu gün keçirilən konfransında Azər Tağıyev yenidən qurumun Rəyasət Heyətinin sədri seçilib.
Azər Tağıyev yenidən Vəkillər Kollegiyasının başçısı seçilib

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Vəkillər Kollegiyasının bu gün keçirilən konfransında Azər Tağıyev yenidən qurumun Rəyasət Heyətinin sədri seçilib.

Trend-in məlumatına görə, konfransda respublikadan 81 nümayəndə, həmçinin dövlət rəsmiləri, Milli Məclisin deputatları və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Konfrans işinə Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Azər Tağıyev heyətin 2004-2012-ci illər ərzində fəaliyyəti ilə bağlı məruzə ilə çıxış edib.

Sonra məruzə ətrafında çıxışlar olub, Vəkillər Kollegiyası Rəyasət Heyətinin fəaliyyəti qiymətləndirilib.

Bundan sonra isə Rəyasət Heyətinin üzvləri, sədri və onun müavinləri seçilib, İntizam komissiyasının tərkibi müəyyən edilib.

Konfransda Həmçinin "Vəkillərin davranış qaydaları haqqında" Əsasnamə və Rəyasət Heyətinin 2013-2017-ci illər üzrə büdcəsi təsdiq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti