...

Dəmir yolunun Qobustan-Səngəçal mənzilində 6,5 km yol əsaslı təmir olunur (FOTO)

Cəmiyyət Materials 19 Dekabr 2012 09:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 19-26 dekabr 2012-ci ildə növbəti yol qoyuluşu həyata keçirilir və Qobustan-Səngəçal mənzilində 6,5 km yol əsaslı təmir olunur.

Əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisəsləri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir.

"Dəmiryolservis" MMC-nin baş mühəndisi Əfsələddin Gəncəliyev verdiyi məlumatda bildirilir ki, dekabrın 19-da səhər saatlarında işə başlanılıb və köhnə yolun söküntüsü davam edir.

Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Bu günə kimi 160,2 km yol əsaslı təmir olunub.

İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik-Bakı istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti