...

Türkiyədəki suriyalı qaçqınların sayı 230 minə çatıb

Cəmiyyət Materials 8 Yanvar 2013 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir A.Tağıyeva/

Türkiyə ərazisindəki çadır düşərgələrində məskunlaşan suriyalı qaçqınların sayı 230 minə çatıb. Trend-in çərşənbə axşamı "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Baş nazirinin müavini Bəşir Atalay bildirib.

Suriyalı qaçqınlar əsasən Şanlıurfa, Hatay və Qaziantep əyalətlərində yerləşdirilib.

Türkiyədən başqa, suriyalı qaçqınlar, həmçinin qonşu ölkələrdə - Livan, İraq və İordaniyadadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti