...

Amerika ictimaiyyətinin 20 Yanvar faciəsi haqqında məlumatlandırılması kampaniyasına başlanılıb

Cəmiyyət Materials 9 Yanvar 2013 11:05 (UTC +04:00)
Amerika Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsi haqqında Amerika ictimaiyyətinin məlumatlandırılması kampaniyasına başlayıb.
Amerika ictimaiyyətinin 20 Yanvar faciəsi haqqında məlumatlandırılması kampaniyasına başlanılıb

Azərbaycan, Bakı, 9 yanvar / Trend müxbir M.Əliyev/

Amerika Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsi haqqında Amerika ictimaiyyətinin məlumatlandırılması kampaniyasına başlayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Diasporla İş üzrə Dövlət komitəsindən bildirilib.

Şəbəkənin hazırladığı məlumatda "Qara Yanvar: Bakı, 1990. Sənədlər və materiallar" kitabından götürülmüş faktlar verilir. ABŞ Azərbaycanlılar Şəbəkəsinin Amerika ictimaiyyətinə, Amerika mətbuatına və ölkə qanunvericilərinə ünvanlanmış müraciətində deyilir ki, 1990-cı il yanvarın 20-si hüzn günü olmaqla yanaşı, Azərbaycanda sovet rejiminin hakimiyyətinin sona çatmasının da başlanğıcı olub.

ABŞ-ın azərbaycanlı icmasının üzvləri bu yazılı kampaniya vasitəsilə Amerika ictimaiyyətini 20 Yanvar hadisələri haqqında məlumatlandıraraq, ölkə qanunvericilərini bu qeyri-insani aksiyanı rəsmi şəkildə pisləyən qətnamə qəbul etməyə çağırır.

Kampaniya yanvarın 22-dək davam edəcək.

Qeyd edək ki, son iki ildə ABŞ Azərbaycanlılar Şəbəkəsi Texas və Nyu-York ştatlarının parlamentlərində 20 Yanvara dair iki rəsmi qətnamə qəbul edilməsinə nail olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti