...

Azərbaycanın orta məktəblərində bəzi fənlərin tədrisinə başlama vaxtı dəyişdiriləcək

Cəmiyyət Materials 9 Yanvar 2013 15:46 (UTC +04:00)
Təhsil Naziriyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, hazırda orta məktəblərdə fizika 7, kimya isə 8-ci sinifdən tədris edilir. Ancaq tədrisdə aparılan islahatlar və kurikulumların tətbiqi ilə əlaqədar 2013-2014-cü tədris ilindən orta məktəblərdə fizika 6-cı, 2014-2015-ci tədris ilindən isə kimya fənni 7-ci sinifdən tədris edilməyə başlanacaq.
Azərbaycanın orta məktəblərində bəzi fənlərin tədrisinə başlama vaxtı dəyişdiriləcək

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın orta məktəblərində bəzi fənlərin tədrisinə başlama vaxtı 1 il tezləşdiriləcək.

Təhsil Naziriyindən çərşənbə günü Trend-ə verilən məlumata görə, hazırda orta məktəblərdə fizika 7, kimya isə 8-ci sinifdən tədris edilir. Ancaq tədrisdə aparılan islahatlar və kurikulumların tətbiqi ilə əlaqədar 2013-2014-cü tədris ilindən orta məktəblərdə fizika 6-cı, 2014-2015-ci tədris ilindən isə kimya fənni 7-ci sinifdən tədris edilməyə başlanacaq.

Bu, 2013-2014-cü ildən VI, 2014-2015-ci ildən isə Vll siniflərdə kurikulumun tətbiqinə başlanılması ilə əlaqədardır. Bu tədris ilindən isə kurikulum 5-ci siniflərdə tətbiq edilir. Orta məktəblərdə fizika və kimyanın bir il tez keçirilməyə başlanılması həmin fənlər üzrə proqramın daha tam şəkildə mənimsənilməsinə kömək edəcək. Həmin fənlər hazırda da olduğu kimi, şagirdlərə XI sinfədək keçiriləcək.

Nazirlikdən bildirilib ki, sovet dövründə də fizika 6, kimya isə 7-ci sinifdən keçirilirdi. Ancaq müstəqillik əldə edildikdən sonra orta məktəblərdə bu fənlərin tədrisinə 1 il gec başlanıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti