Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir İ.İsabalayeva/
Ötən il ərzində Azərbaycanda 1191 qida zəhərlənməsi hadisəsi baş verib.
Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən cümə axşamı Trend-ə verilən məlumata görə, zəhərlənmə hadisələrindən 1465 nəfər zərər çəkib.
Ötən il 23 botulizm hadisəsi baş verib. Bu hadisələr nəticəsində 37 nəfər zərərçəkən olub.
Yalnız ötən ilin dekabr ayında əhali arasında 59 qida zəhərlənməsi hadisəsi baş verib. Onlardan 89 nəfər zərər çəkib. O cümlədən 4 botulizm hadisəsi baş verib, nəticədə 8 nəfər zərər çəkib.