...

Azərbaycanda diabet xəstələri və risk qrupuna daxil olan əhali üçün yeni xəbər

Cəmiyyət Materials 14 Yanvar 2013 11:19 (UTC +04:00)
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi şəkərli diabet xəstələri və risk qrupuna daxil olan əhali üçün təlimlər keçirəcək.
Azərbaycanda diabet xəstələri və risk qrupuna daxil olan əhali üçün yeni xəbər

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi şəkərli diabet xəstələri və risk qrupuna daxil olan əhali üçün təlimlər keçirəcək.

Mərkəzdən bazar ertəsi Trend-ə verilən məlumata görə, yanvarın 21-25-də şəkərli diabet, 28-30-da risk qrupuna aid əhali üçün Bakıda pulsuz təlimlər təşkil olunacaq.

Təlim zamanı iştirakçılara diabet haqqında məlumat veriləcək. Onlar bu təlimlərdə özünənəzarət vasitələrindən istifadə qaydaları, diabetin fəsadları və s. mövzularla bağlı bilik və bacarıqlar əldə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti