...

Azərbaycan ərazisində yaxın iki gündə hava yağıntılı olacaq

Cəmiyyət Materials 29 Yanvar 2013 11:56 (UTC +04:00)
Azərbaycan ərazisində yanvarın 30 və 31-də hava şəraitinin qeyri-sabit keçəcəyi, bölgələrdə havanın yağlntılı olacağı, bəzi yerlərdə yağışın sulu qara keçəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağaı gözlənilir.
Azərbaycan ərazisində yaxın iki gündə hava yağıntılı olacaq

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan ərazisində yanvarın 30 və 31-də hava şəraitinin qeyri-sabit keçəcəyi, bölgələrdə havanın yağlntılı olacağı, bəzi yerlərdə yağışın sulu qara keçəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağaı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, həmin müddətdə ayrı-ayrı rayonlarda yağıntının intensivləşəcəyi ehtimalı var.

Bakı və Abşeron yarımadasında yanvarın 30-da gecə və səhər havanın az yağıntılı olacağı, 31-də havanın arabir yağntılı olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Yanvarın 30-da havanın temperaturu gündüz 4-7, yanvarın 31-də 3-5 dərəcə isti olacaq.

Azərbaycanın Aran rayonlarında yanvarın 30-da gündüz 3-8 dərəcə isti, dağlıq rayonlarda 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. Yanvarın 31-də Aran rayonlarında gündüz 3-8 dərəcə isti, dağlıq rayonlarda 0-5 dərəcə isti gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti