...

Respublika Baş Prokurorluğunun mətbuat xidməti sorğuda birinci oldu

Cəmiyyət Materials 31 Yanvar 2013 13:14 (UTC +04:00)
Femida.az Hüquq İnformasiya Portalının facebook səhifəsində (facebook.com/femidaportali) keçirilimiş növbəti sorğu başa çatıb.
Respublika Baş Prokurorluğunun mətbuat xidməti sorğuda birinci oldu

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir İ.İzzət/

Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri sorğuda həmkarlarını böyük səs fərqi ilə qabaqlayaraq birinci olub.

Femida.az Hüquq İnformasiya Portalının facebook səhifəsində (facebook.com/femidaportali) keçirilimiş növbəti sorğu başa çatıb.

"Hüquq-mühafizə orqanları arasında hansı qurumun mətbuat xidməti daha yaxşı fəaliyyət göstərir?" sorğusunda böyük əksəriyyəti jurnalistlər olmaqla ümumilikdə 73 şəxs iştirak edib.

Sorğunun nəticələrinə əsasən, Respublika Baş Prokurorluğunun mətbuat xidməti (rəhbəri Eldar Sultanovdur) digər hüquq-mühafizə orqanlarının müvafiq qurumlarını böyük səs fərqi ilə qabaqlayaraq birinci olub. Sultanov sorğuda iştirak edənlərin yarıdan çoxunun - 63 faizinin səsini qazanıb: 46 səs.

Növbəti yerləri Milli Təhlükəsizlik Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsi, Bakı Şəhər Yol Polisi İdarəsi tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti