...

Azərbaycanda 8 ədəd tank əleyhinə mina aşkar edilib

Cəmiyyət Materials 7 Fevral 2013 14:36 (UTC +04:00)
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) yanvar ayında mina və PHS təmizlənməsi əməliyyatlarının gedişi ilə bağlı məlumat yayıb.
Azərbaycanda 8 ədəd tank əleyhinə mina aşkar edilib

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir İ.İzzət/

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) yanvar ayında mina və PHS təmizlənməsi əməliyyatlarının gedişi ilə bağlı məlumat yayıb.

ANAMA-dan Trend-ə verilən məlumata görə, 2013-cü ilin yanvar ayı ərzində 2,293,167 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. 1,469 PHS və 8 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət iştirak, həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 216,585,066 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 677,639-dur.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcabədi, Füzuli, Tərtər və Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda, Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.

Ay ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti