Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İ.İzzət/
Azərbaycanın prokurorluq orqanlarında kadr dəyişiklikləri edilib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib ki, Baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Qubadlı rayon prokuroru vəzifəsini icra edən Qabil Əliyev həmin vəzifədən azad edilərək Biləsuvar rayon prokuroru, Biləsuvar rayon prokuroru vəzifəsini icra edən Seyfəddin Həsənov isə həmin vəzifədən azad edilərək Sabirabad rayon prokuroru vəzifəsinə təyin olunub.