Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir E.İsmayılov/
Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər planının, Bakı şəhəri qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramının icrası paytaxtın yol infrastrukturunda görülən işlərin sürətlə inkişaf etdirilməsinin bünövrəsini qoydu.
"Azəryolservis" ASC-dən Trend-ə bildiriblər ki, Zabrat-Balaxanı-Mehdiabad-Xırdalan-Binəqədi, Zıg dairəsi-Hava Limanı, Böyük Şor-Hava Limanı, Azadlıq meydanı-Zığ dairəsi, Bakı dairəvi-1, Bakı-Ələt yolunun 2-4 cü km-i, şəhər şosesinin Sabunçu qovşağından Zabrat dairəsinədək olan hissəsi və digər prospekt və küçələrdə aparılan tikinti və yenidənqurma işləri avtomobillərin maneəsiz və təhlükəsiz hərəkətinə imkan yaradıb.
Paytaxtın yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə görülən silsilə tədbirlərin davamı olaraq hazırda Bilgəh-Novxanı-Sumqayıt, Buzovna-Mərdəkan-Qala, Qala-Şüvəlan-Pirallahı, Zabrat-Maştağa-Buzovna, Zabrat-Pirşağı, Zıg dairəsi-Heydər Əliyev Hava Limanı avtomobil yolundan Qala stansiyasına və Sahilə gedən avtomobil yollarında işlər davam etdirilir.
Bakıda yeni avtomobil yollarının çəkilişi davam edir (VİDEO)
Video Player