Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir M.Əliyev/
Azərbaycanda rayonunu dəyişən şəxslərin qeydiyyat sisteminin aparılması təklif olunub.
Trend-in məlumatına görə, Milli Məclisin çərşənbə axşamı keçirilən plenar iclasında deputat Siyavuş Novruzov bildirib ki, ölkə daxilində yerdəyişmələr məsələsinə yenidən baxılmalıdır.
Onun sözlərinə görə, bir şəxs başqa rayona köçüb orada qeydiyyata düşmürsə, bu, problemlər yaradır və seçkilər və məktəbə düzəlmə zamanı özünü büruzə verir.
Deputat ölkədaxili yerdəyişmənin də qeydiyyatının aparılması, bunun mexanizminin işlənməsini təklif edib
Novruzovun təklifinə münasibət bildirən deputatlar bunun Sovet dövrünün qeydiyyat sisteminə bənzədiyini vurğulayıblar.