...

Cənubi Koreyanın İnkişaf Bankı ilə Azərbaycan hökuməti arasında təhsil sahəsi üzrə bağlanacaq müqavilənin şərtləri açıqlanıb

Cəmiyyət Materials 7 Mart 2013 12:35 (UTC +04:00)
Bakıda müasir tipli yeni peşə kompleksinin yaradılması üçün Cənubi Koreyanın İnkişaf Bankı ilə Azərbaycan hökuməti arasında müqavilənin hansı şərtlərlə bağlanacağı bəlli olub.
Cənubi Koreyanın İnkişaf Bankı ilə Azərbaycan hökuməti arasında təhsil sahəsi üzrə bağlanacaq müqavilənin şərtləri açıqlanıb

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir İ.İsabalayeva/

Bakıda müasir tipli yeni peşə kompleksinin yaradılması üçün Cənubi Koreyanın İnkişaf Bankı ilə Azərbaycan hökuməti arasında müqavilənin hansı şərtlərlə bağlanacağı bəll olub.

Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov cümə axşamı Trend-ə bildirib ki, kredit müqaviləsinin şərtləri Azərbaycan üçün cox əlverişlidir. Bank peşə təhsili müəssisəsinin tikintisi, müvafiq maddi texniki baza və kadr təminatı üçün Azərbaycana 22 milyon dollar məbləğində kredit ayırmağı planlaşdırır. Müqavilə 30 il müddətinə bağlanacaq.
"Onun güzəşt dövrü 10 ildir. Kredit müqaviləsi kreditin 10 il müddətinə qaytarılmaması şərti ilə bağlanacaq. Başqa sözlə, kreditin qaytarılmasına 10 ildən sonra başlanacaq. Kreditin ümumi verilmə müddəti isə 30 ildir",- Məmmədov deyib.

O bildirib ki, kreditin illik faizi 0,2 faiz təşkil edir.

Nazirlik rəsmisinin sözlərinə görə, müqavilənin bağlanması üçün aparılan danışıqlar sona çatmaq üzrədir. Yaxın 1-2 ay ərzində müqavilənin imzalanacağıl gözlənilir.

Qeyd edək ki, kredit hesabına paytaxtdakı 4 nömrəli Bakı Peşə Liseyinin bazasında texnologiya sahəsi üzrə ixtisaslı kadrların hazırlanmasını təmin edə biləcək müasir tipli peşə kompleksi istifadəyə veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti