...

I Avropa Yay Olimpiya Oyunları ilə əlaqədar nəqliyyat sektorunda görüləcək işlər müzakirə edilib

Cəmiyyət Materials 13 Mart 2013 12:05 (UTC +04:00)
Trend-in nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda oyunların keçirilməsinə hazırlıq dövründə və tədbir müddətində nəqliyyatın ahəngdar fəaliyyətinin, daşımaların təhlükəsizliyinin təmin edilməsi və digər təşkilati məsələlərin əlaqələndirilməsi məsələləri müzakirə edilib.
I Avropa Yay Olimpiya Oyunları ilə əlaqədar nəqliyyat sektorunda görüləcək işlər müzakirə edilib

Azərbaycan, Bakı 13 mart /Trend, müxbir E.İsmayılov/

I Avropa Yay Olimpiya Oyunları ilə əlaqədar Nəqliyyat Nazirliyinin İşçi Qrupunun iclası keçirilib

Trend-in nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda oyunların keçirilməsinə hazırlıq dövründə və tədbir müddətində nəqliyyatın ahəngdar fəaliyyətinin, daşımaların təhlükəsizliyinin təmin edilməsi və digər təşkilati məsələlərin əlaqələndirilməsi məsələləri müzakirə edilib.

2015-ci il I Avropa Yay Olimpiya Oyunlarının Bakı şəhərində keçirilməsi ilə bağlı nəqliyyat-yol kompleksi üzrə işlərin əlaqələndirilməsi məqsədilə yaradılmış İşçi Qrupun iclası keçirilib. İşçi Qrupun rəhbəri nazir müavini cənab Musa Pənahovun sədrliyi ilə keçən iclasda qeyd edilib ki, oyunların keçirilməsinə hazırlıq dövründə və keçirilmə müddətində Nəqliyyat Nazirliyi üzrə müəyyən edilmiş "Tədbirlər Planı"ndan irəli gələn vəzifə və funksiyaların həyata keçirilməsi istiqamətində nazirliyin struktur bölmələri və tabeli qurumları tərəfindən zəruri tədbirlər görülməlidir.

İşçi Qrupun iclasında "Tədbirlər Planı"nın ilkin variantı müzakirə edilib. 2013-2015-ci illərdə görüləcək işlərin istiqamətləri müəyyənləşdirilib. Avtomobil yolları, avtomobil nəqliyyatı, dəmir yolu, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə bağlı konkret təkliflər verilməsi və martın sonunadək həmin təkliflərin yenidən müzakirəyə çıxarılması qərara alınıb.

Xatırladaq ki, Nəqliyyat naziri cənab Ziya Məmmədovun 11 fevral 2013-cü il tarixli əmri ilə Avropa Oyunları ilə əlaqədar nəqliyyatın ahəngdar fəaliyyətinin, daşımaların təhlükəsizliyinin təmin edilməsi və digər təşkilati məsələlərin əlaqələndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə Nəqliyyat Nazirliyində İşçi Qrup yaradılıb. İşçi Qrupa Nəqliyyat Nazirliyi Aparatanının struktur bölmələrinin, həmçinin nazirliyin tabeli qurumları olan "Azərbaycan Dəmir Yolları" QSC-nin, "Azəryolservis" ASC-nin, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəhbərləri daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti