...

Azərbaycanın İranla sərhəd bölgəsində qadın sürücülərin sayı artır

Cəmiyyət Materials 15 Mart 2013 19:22 (UTC +04:00)
Trend Cənub TV-yə istinadən xəbər verir ki, paytaxt Bakıda olduğu kimi, bölgələrdə də qadınların sürücülük vəsiqələri almaları işi həyata keçirilir. Lənkəran Regional Qeydiyyat İmtahan Texniki Baxış şöbəsinin rəisi Elxan Zeynalov bildirib ki, ötən illərlə müqayisədə sürücülük vəsiqəsi alanlar içərisində təkcə kişilər yox, qadınların da sayında artım müşahidə olunub. Təkcə bu ilin iki ayı ərzində 18 qadın sürücülük vəsiqəsi alıb. Ümumilikdə 2011-ci ildə 32 qadın sürücülük vəsiqəsi almışdısa, 2012-ci ildə sürücülük vəsiqəsi alan qadınları sayı 38 nəfər təşkil edib.
Azərbaycanın İranla sərhəd bölgəsində qadın sürücülərin sayı artır

Azərbaycan, Bakı, 15 mart /Trend/

Azərbaycanın İranla sərhəd bölgəsində qadın sürücülərin sayı artır.

Trend Cənub TV-yə istinadən xəbər verir ki, paytaxt Bakıda olduğu kimi, bölgələrdə də qadınların sürücülük vəsiqələri almaları işi həyata keçirilir. Lənkəran Regional Qeydiyyat İmtahan Texniki Baxış şöbəsinin rəisi Elxan Zeynalov bildirib ki, ötən illərlə müqayisədə sürücülük vəsiqəsi alanlar içərisində təkcə kişilər yox, qadınların da sayında artım müşahidə olunub. Təkcə bu ilin iki ayı ərzində 18 qadın sürücülük vəsiqəsi alıb. Ümumilikdə 2011-ci ildə 32 qadın sürücülük vəsiqəsi almışdısa, 2012-ci ildə sürücülük vəsiqəsi alan qadınları sayı 38 nəfər təşkil edib.

Ölkəmizdə ümumilikdə 40 mindən çox qadın sürücü var.

Zeynalov əlavə edib ki, ötən il şöbəni əhatə edən cənub bölgəsi üzrə 11 600 nəfər vətəndaş sürücülük vəsiqəsi alıb. Həmin şəxslərdən 5383-ü imtahan, 6217-si isə sürücülük vəsiqəsini dəyişmək üçün müraciət edənlər olub.

Zeynalov onu da bildirib ki, istənilən sürücülük məktəblərində kursu tam bitirmiş vətəndaşlar ərizə və şəhadətnamə ilə şöbəyə müraciət edib, yol hərəkəti qaydalarından müvəffəqiyyətlə imatahan verərək sürücülük vəsiqələri ilə təmin oluna bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti