...

İranın ali lideri 1059 məhbusu əfv etdi

Cəmiyyət Materials 18 Mart 2013 11:05 (UTC +04:00)
İranın ali lideri ayətullah Əli Xamneyi İslam Respublikası Günü və Novruz bayramı münasibəti ilə həbsdə olan 1059 nəfər siyasi,hərbi və mülki məhbusun əfv olunması barədə fərman imzalayıb.
İranın ali lideri 1059 məhbusu əfv etdi

Azərbaycan, Bakı, 18 mart / Trend, müxbir T.Cəfərov /

İranın ali lideri ayətullah Əli Xamneyi İslam Respublikası Günü və Novruz bayramı münasibəti ilə həbsdə olan 1059 nəfər siyasi, hərbi və mülki məhbusun əfv olunması barədə fərman imzalayıb. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi xəbər verir.

İranın Məhkəmə Sisteminin rəhbəri Sadiq Amoli Laricani İslam Respublikası Günü və Novruz bayramı münasibətilə ali liderə məktubla müraciət edib. Məktubda 1059 məhbusun əfv edilməsi xahiş olunur.

1357-ci hicri ili fərvərdin ayının 12-də (1979-cu il martın 30-da və 31-də) keçirilən ümummilli referendumun gedişində iranlıların 98,2 faizi ölkədə sistemin dəyişdirilməsinin lehinə səs veriblər.

Nəticədə 1979-cu il aprelin 1-də ölkə respublika elan edilib və İran İslam Respublikası adını alıb.

Bu hadisə 1979-cu ilin fevralında sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin devrilməsi ilə nəticələnən islam inqilabından sonra baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti