...

Bakı Ali Neft Məktəbi İslam Dünyası Universitetləri Federasiyası ilə əməkdaşlıq protokolu imzalayıb (FOTO)

Cəmiyyət Materials 18 Mart 2013 17:19 (UTC +04:00)
Bakı Ali Neft Məktəbində (BANM) İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru, İslam Dünyası Universitetləri Federasiyasının baş katibi Əbdüləziz Bin Osman əl-Tüveyci ilə görüş keçirilib.
Bakı Ali Neft Məktəbi İslam Dünyası Universitetləri Federasiyası ilə əməkdaşlıq protokolu imzalayıb (FOTO)

Azərbaycan, Bakı, 18 mart /Trend müxbir M.Əliyev/

Bakı Ali Neft Məktəbində (BANM) İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru, İslam Dünyası Universitetləri Federasiyasının baş katibi Əbdüləziz Bin Osman əl-Tüveyci ilə görüş keçirilib.

Trend-in məlumatına görə, İSESKO-nun baş direktoru Əbdüləziz Bin Osman əl-Tüveyci görüşdə qeyd edib ki, son illər Azərbaycan yüksək sürətlə inkişaf edir. Onun sözlərinə görə, Azərbaycanda təbii sərvətlərdən səmərəli istifadə olunur. O vurğulayıb ki, Azərbaycanın İSESKO ilə əlaqələrinin yüksək səviyyədə olmasında Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın xidmətləri böyükdür.

BANM rektoru Elmar Qasımov çıxış edərək bildirib ki, İSESKO ilə Azərbaycan arasında sıx və dost münasibətlər mövcuddur.

BANM-də tədris prosesinin təşkili, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətlərində görülən işlər haqqında ətraflı məlumat verən rektor qeyd edib ki, məktəb fəaliyyətə başlamasının ilk ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının tələbə qəbulunun göstəriciləri üzrə tərtib etdiyi reytinq cədvəlində lider olub.

Həmçinin, ali məktəbdə tədrisin ingilis dilində təşkil edildiyini vurğulayan rektor bu məqsədlə Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıq haqqında razılaşma imzalandığını, mütəxəssis hazırlığının bu universitetin tədris proqramları əsasında müasir tədris texnologiyalarının tətbiqi ilə həyata keçirildiyini və məzunlara 2 diplom veriləcəyini bildirib. O qeyd edib ki, yaxın gələcəkdə isə BANM-in tələbələri üçün müasir tələblərə cavab verən kampus salınacaq.

Tədbir çərçivəsində BANM ilə İslam Dünyası Universitetləri Federasiyası arasında əməkdaşlıq protokolu imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti