...

Gəncənin yol polisinin rəisi vəzifəsindən çıxarıldı

Cəmiyyət Materials 23 Mart 2013 19:54 (UTC +04:00)
Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi Rafiq Məmmədov tutduğu vəzifəsindən azad edilib. Bu barədə Trend-ə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Gəncənin yol polisinin rəisi vəzifəsindən çıxarıldı

Azərbaycan, Bakı, 23 mart /Trend, müxbir E.Mehdiyev/

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi Rafiq Məmmədov tutduğu vəzifəsindən azad edilib. Bu barədə Trend-ə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Məmmədovun yerinə hələki yeni rəis təyin olunmayıb. Gəncə şəhər Baş Polis İdarəsindən Trend-ə məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, Məmmədov ötən ilin fevralından bu vəzifədə çalışırdı.

Gəncə şəhər Dövlət Yol Polisi İdarəsinin bundan əvvəlki rəisi Fazil Cəfərov isə 2011-ci ilin oktyabrında təqaüdə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti