...

Nazir: Ukrayna azərbaycanlı turistlərin Krıma axınını artırmağa ümid edir

Cəmiyyət Materials 3 Aprel 2013 13:05 (UTC +04:00)
Bu gün Krıma milyonlara turist gedir, onlardan 20 mini azərbaycanlılardır. Krıma səfər edənlərin 70 faizi bura müalicə turizmi çərçivəsində gəlir.
Nazir: Ukrayna azərbaycanlı turistlərin Krıma axınını artırmağa ümid edir

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir S.Ağayeva

Bu gün Krıma milyonlara turist gedir, onlardan 20 mini azərbaycanlılardır. Krıma səfər edənlərin 70 faizi bura müalicə turizmi çərçivəsində gəlir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü keçirilən mətbuat konfransında Krım Muxtar Respublikasının kurortlar və turizm naziri Aleksandr Liev bildirib.

Onun sözlərinə görə, ötən il Ukraynaya 6 milyon turist səfər edib.

"Biz Azərbaycanda "SW Travel" kimi etibarlı tərəfdaş tapmışıq. Bu şirkətin hesabına biz azərbaycanlı turistlərin Krıma axınını artırmaq istəyirik. Krım azərbaycanlı turistlərə müalicə türizmininin bütün növlərini göstərməyə hazırdır", - Liev bildirib.

"Biz qarşılıqlı turizmə kömək etmək üçün Azərbaycanda turizm agentlərinə xüsusilə də sanatoriya-kurort sahəsində turizm işini öyrətməyə, həmçinin AZAL aviaşirkətinə Krım hava limanında müəyyən endirimlər etməyə hazırıq",- nazir qeyd edib.

Onun sözlərinə görə, həmçinin Krımda Azərbaycanın turizm ofisini açmaq təklifi var.

"Bu təkliflə mən Azərbaycanın mədəniyyət və turizm naziri Əbulfəs Qarayevlə görüş zamanı çıxış etmək niyyətindəyəm"-, Liev bildirib.

Nazirin sözlərinə görə, Ukrayna Azərbaycanda baş tutan "Eurovision" mahnı müsabiqəsinin keçirilməsi təcrübəsini öyrənmək niyyətindədir. Çünki Ukrayna Krım nümayəndə heyətinin tərkibində gələn Zlata Oqneviçin bu il keçiriləcək müsabiqədə uğurla çıxış edəcəyinə ümid edirik.

Ukraynanın Azərbyacandakı səfiri Aleksandr Mişşenkonun sözlərinə görə, turizm hər iki ölkə arasında ikitərəfli münasibətlərin əsas istiqamətlərindən biridir.
Səfirin qeyd etdiyi kimi, Bakıda, həmçinin iyun ayında Ukrayna Mədəniyyət Günləri keçiriləcək. Bu tədbir Ukraynanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojaranın Bakıya səfərinə uyğunlaşdırılacaq.

"Bu il, həmçinin Azərbaycan və Ukrayna Prezidentləri Şurasının IV iclası keçiriləcək", - diplomat əlavə edib.

Krım (Ukrayna) Muxtar Respublikasının Kurortlar və Turizm naziri Aleksandr Liev 2-5 aprel tarixlərində Bakıda səfərdədir.

Səfər çərçivəsində nazir 4-6 aprel tarixlərində Bakıda keçiriləcək beynəlxalq "Turizmi və səyahət" (AITF-2013) sərgisinin açılışında iştirak edəcək. Sərgidə Ukrayna şirkətləri ayrı stendlə rəömsil olunacaq və işgüzar görüşlər keçirəcək.

Naziri müşayiət edən Ukrayna nümayəndə heyətinin tərkibinə Ukraynanın "Eurovision-2013" mahnı müsabiqəsində təmsilçisi Zlata Oqneviç də daxildir.

"AITF-2013" sərgisində dünyanın 35 ölkəsindən müxtəlif turizm istiqamətlərində fəaliyyət göstərən şirkətlər iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti