...

Azərbaycan diasporu Dnepropetrovskda keçirilən şənbə iməcliyində fəal iştirak edib

Cəmiyyət Materials 22 Aprel 2013 13:05 (UTC +04:00)
Ukrayna azərbaycanlıları Dnepropetrovsk Vilayət Administrasiyanın təşkilatçılığı ilə keçirilən tədbirdə fəallıq nümayiş etdiriblər.
Azərbaycan diasporu Dnepropetrovskda keçirilən şənbə iməcliyində fəal iştirak edib

Azərbaycan, Bakı, 22 aprel / Trend müxbir M.Əliyev/

Ukrayna azərbaycanlıları Dnepropetrovsk Vilayət Administrasiyanın təşkilatçılığı ilə keçirilən tədbirdə fəallıq nümayiş etdiriblər.

Trend-in məlumatına görə, Ukrayna Azərbaycanlı Gənclər Birliyndən (UAGB) bildiriblər ki, Dnepropetrovskda keçirilən "şənbə iməcliyi"ndə UAK Dnepropetrovsk vilayət təşkilatının sədri Qüdrət Hacıyev və UAGB Dnepropretrovsk vilayət təşkilatının xeyli sayda fəal üzvü iştirak edib.

Təşkilatın üzvləri dörd saat ərzində Dnepropetrovsk şəhərinin prospekt, küçə və parklarında təmizlik işlərində yaxından iştirak ediblər. İməcilikdə azərbaycanlıların fəallığı xüsusi olaraq vurğulandı. Çünki bu tədbirdə digər xalqların nümayəndələri ilə müqayisədə ən fəal məhz azərbaycanlılar iştirak etdilər. Vilayətin dövlət qurumlarının rəhbərləri də bildirdilər ki, burada yaşayan digər xalqlar arasında ən fəal azərbaycanlılardır.

Şənbə iməciliyində Ukrayna Baş nazirinin muavini Aleksandr Vilkul, Dnepropetrovsk vilayətinin qubernatoru Dmitri Kolesnikov, Dnepropetrovsk Radasının sədri Yevgeni Udod, Dnepropetrovsk şəhərinin meri İvan Kulicenko, Ali Radanın deputatı İvan İvanovic Stupak da bu iməcilikdə iştirak ediblər. Rəsmi şəxslər də azərbaycanlıların bu iməcilikdəki fəallığını yüksək qiymətləndiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti