...

Azərbaycanda elmi müəssisələr akkreditasiyadan keçəcəklər

Cəmiyyət Materials 29 Aprel 2013 15:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda elmi müəssisə və təşkilatlar akkreditasiyadan keçəcəklər.

Milli Məclisdən bazar ertəsi Trend-ə verilən məlumata görə, bu məsələ yeni hazırlanan "Elm haqqında" qanun layihəsində öz əksini tapıb.

Layihəyə görə, elmi müəssisə və təşkilatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada dövlət akkreditasiyasından keçəcəklər və onlara dövlət akkreditasiyası haqqında şəhadətnamə - sertifikat veriləcək.

Akkreditasiyanın məqsədi elmi fəaliyyətin təşkili və idarə edilməsinin, elmi tədqiqat müəssisəsinin maddi-texniki bazasının, infrastrukturunun, elmi proqramların, elmi-tədqiqat nəticələrinin, kadr potensialının, maliyyə resurslarının və s. qəbul olunmuş dövlət standartlarına, digər normativ hüquqi aktların tələblərinə uyğunluğunu müəyyən etməkdir.

Elmi müəssisə və təşkilatlar beynəlxalq akkreditasiyadan da keçə bilərlər. Beynəlxalq akkreditasiya həmin müəssisələrin dünya elmi məkanında tanınması və reytinqinin yüksəldilməsi məqsədilə aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti