...

Vəkillər Kollegiyası vəkil Aslan İsmayılovun kollegiya üzvlüyündən xaric edilməsi məsələsinə aydınlıq gətirib

Cəmiyyət Materials 17 May 2013 12:16 (UTC +04:00)
Vəkillər Kollegiyasından Trend-ə daxil olan məlumata görə, ölkədə fəaliyyət göstərən bir sıra KİV-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkil Aslan İsmayılovun kollegiya üzvlüyündən xaric edilməsi ilə bağlı qərar çıxarılması haqqında yanlış və təhrif olunmuş məlumatlar gəzməkdədir.
Vəkillər Kollegiyası vəkil Aslan İsmayılovun kollegiya üzvlüyündən xaric edilməsi məsələsinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir İ.İzzət/

Vəkillər Kollegiyası Rəyasət Heyəti vəkil Aslan İsmayılovun kollegiya üzvlüyündən xaric edilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Vəkillər Kollegiyasından Trend-ə daxil olan məlumata görə, ölkədə fəaliyyət göstərən bir sıra KİV-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkil Aslan İsmayılovun kollegiya üzvlüyündən xaric edilməsi ilə bağlı qərar çıxarılması haqqında yanlış və təhrif olunmuş məlumatlar gəzməkdədir.

Məsələ ilə əlaqədar, Vəkillər Kollegiyasının Rəyasət Heyəti bildirir ki, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanununa əsasən, Rəyasət Heyətinin intizam qaydasında heç bir vəkili kollegiya üzvlüyündən xaric etmək kimi səlahiyyəti yoxdur və qanunvericilikdə bu səlahiyyət yalnız müvafiq məhkəmələrə aiddir.

Beləliklə, mətbuatda dolaşan qeyri-müəyyənliyə aydınlıq gətirilməsi məqsədi ilə Vəkillər Kollegiyasının Rəyasət Heyəti bildirir ki, mayın 8-də Vəkillərin İntizam Komissiyasının rəyinə əsasən, Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkil Aslan İsmayılovun kollegiya üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi haqqında qərar qəbul edib.

Belə ki, 14 fevral 2013-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Elnur Həsənov vəkil Aslan İsmayılovun qanunsuz hərəkətləri barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə məktubla müraciət etmişdir. Müraciət araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. Vəkillərin İntizam Komissiyasının rəyinə əsasən, A.İsmayılov peşə fəaliyyətini həyata keçirərkən "Vəkillər və vəkillik fəaliyyəti haqqında" və "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmuşdur. Vəkillərin İntizam Komissiyasının rəyi A.İsmayılova təqdim edilib.

Məsələyə məhkəmə qaydasında hüquqi müstəvidə münasibət bildiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti