...

Türkiyəyə işləmək üçün gedən azərbaycanlıların çoxu İstanbulda çalışır

Cəmiyyət Materials 31 May 2013 16:40 (UTC +04:00)
Türkiyəyə işləmək üçün gedən Azərbaycan vətəndaşlarının çoxu İstanbulda çalışır. Bunu Trend-ə Türkiyə Böyük Millət Məclisi sədrinin I müavini Mehmet Sağlam deyib.
Türkiyəyə işləmək üçün gedən azərbaycanlıların çoxu İstanbulda çalışır

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir İ.İsabalayeva/

Türkiyəyə işləmək üçün gedən Azərbaycan vətəndaşlarının çoxu İstanbulda çalışır. Bunu Trend-ə Türkiyə Böyük Millət Məclisi sədrinin I müavini Mehmet Sağlam deyib.

Onun sözlərinə görə, Türkiyədə çox sayda Azərbaycan vətəndaşları işləyir. Türkiyə hökuməti azərbaycanlıların bu ölkədə əmək fəaliyyəti ilə məşğul olması üçün onlara bacardığı qədər kömək göstərir.

Mehmet Sağlam bildirib ki, Türkiyəyə Azərbaycanla yanaşı, Balkan ölkələri, Rusiyadan da işləməyə xeyli sayda insan gəlir.

O, daha çox azərbaycanlıların Türkiyəyə işləməyə gəlməsini istədiklərini söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti