...

Səlim Müslümov Gəncədə vətəndaşları qəbul edəcək

Cəmiyyət Materials 5 İyun 2013 10:42 (UTC +04:00)
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov iyun 12-də saat 10.00-da DSMF-nin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin inzibati binasında Gəncə, Yevlax, Naftalan şəhərlərində, Samux, Göygöl, Goranboy, Kəlbəcər və Daşkəsən rayonlarında yaşayan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcəkdir.
Səlim Müslümov Gəncədə vətəndaşları qəbul edəcək

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov iyun 12-də saat 10.00-da DSMF-nin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin inzibati binasında Gəncə, Yevlax, Naftalan şəhərlərində, Samux, Göygöl, Goranboy, Kəlbəcər və Daşkəsən rayonlarında yaşayan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcəkdir.

Qəbulda iştirak etmək üçün iyunun 12-də Yevlax və Naftalan şəhər, Daşkəsən və Goranboy rayon sakinlərinin səhər saat 08.00-da, Göygöl və Kəlbəcər rayonlarının sakinlərinin isə saat 09.00-da Fondun həmin şəhər və rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Gəncə şəhərinə aparılıb gətirilmələri təmin olunacaqdır.

Qəbula yazılmaq və əlavə məlumat almaq üçün [email protected] elektron poçt ünvanı, habelə Fondun Aparatında (012)-434-12-34 nömrəli, Fondun Gəncə şəhəri Kəpəz rayon şöbəsində isə 022-255-15-52 nömrəli telefonla əlaqə saxlamaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti