...

Azərbaycanda bu il I sinifə 141 mindən çox şagird gedəcək

Cəmiyyət Materials 24 İyun 2013 16:55 (UTC +04:00)
Bu il Təhsil Nazirliyi sistemində olan dövlət ümumtəhsil məktəblərinin I siniflərinə proqnoz üzrə 141 166 şagirdin qəbulu gözlənilir.
Azərbaycanda bu il I sinifə 141 mindən çox şagird gedəcək

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İ.İsabalayeva/

Bu il Təhsil Nazirliyi sistemində olan dövlət ümumtəhsil məktəblərinin I siniflərinə proqnoz üzrə 141 166 şagirdin qəbulu gözlənilir.

Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, siniflərdə şagird sıxlığının mövcud normalara uyğun olması nəzarətdə saxlanacaq.

Təhsil Nazirliyi sistemində olan dövlət ümumtəhsil məktəblərinin rus bölmələrinə 2013-2014-cü tədris ilinə proqnoz üzrə 10 155 şagirdin qəbulu gözlənilir. Ali təhsil müəssisələrinin rus bölmələri üzrə 2013-2014-cü tədris ilinə təsdiq olunmuş qəbul planında 5611 yer nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti