Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir E.Mehdiyev/
Son iki ayda Bakıda su hövzələrində (dəniz, çay, göl, hovuz) 14 nəfərin boğulması faktı qeydə alınıb. Bu barədə Trend-ə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.
Məlumata görə, suda boğulma nəticəsində 10 nəfər ölüb, onlardan 6-sı uşaq olub.