...

Bakının mərkəzi ərazisində içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Cəmiyyət Materials 19 İyul 2013 10:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyul /Trend/

İstehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Lökbatan dairəsindən Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə yaşayış massivi istiqamətində uzun müddətdir istismarda olan 500 mm diametrli magistral su xəttinin 640 metrlik hissəsi yenilənib.

Trend "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinə istinadən məlumat verir ki, magistral xətdə şəbəkəyə qoşulma işlərinin aparılması ilə əlaqədar iyulun 19-da Bakı şəhəri, Səbail rayonunun Bibiheybət və Bayıl qəsəbələrinin bir hissəsinə, eyni zamanda, Salyan şosesi boyunca Lökbatan dairəsinədək olan ərazilərə içməli su gün ərzində fasilələrlə veriləcək.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti