Azərbaycan, Bakı, 19 iyul /Trend/
Bir neçə aydan sonra baş tutacaq Xəzəryanı ölkələrin dövlət başçılarının görüşünün nəticəsindən asılı olaraq, Xəzər dənizində nərəkimilər cinsinə mənsub balıqların ovlanmasına dair moratorium qüvvəyə bilər. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Rusiyanın Balıqçılıq üzrə Federal Agentliyinin rəhbəri Andrey Kraynıy jurnalistlərə açıqlamasında bildirib ki, bu məsələ dövlət başçılarının görüşünün gündəliyinə salınıb.
Rusiya artıq bir neçə ildir ki, nərəkimilərin ovlanmasını qadağan edir. Qadağa haqqında təklifi Azərbaycan, Qazaxıstan və İran da dəstəkləməyə hazırdır, Türkmənistan isə hələ öz mövqeyini müəyyənləşdirir.
Kraynıy bildirib: "Biz yaxın aylarda Xəzəryanı ölkələrinin rəhbərlərinin ən yüksək səviyyədə görüşünün keçirilməsini gözləyirik. Bu sammitin yekun protokoluna bizə də aid olan iki bəndin daxil ediləcəyi barədə razılıq var. Onlardan biri beş il ərzində Xəzərdə nərəkimilərin ovlanmasına dair moratorium elan edilməsi, digəri isə balıqçılıq üzrə komissiyaların statuslarının artırılmasına dair olacaq".