...

Azərbaycanda son yarımildə 4350 əlilə bərpa-müalicə xidməti göstərilib

Cəmiyyət Materials 23 İyul 2013 16:57 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan bərpa-müalicə müəssisələrində son yarımildə 4350 nəfərədək əlilə müvafiq xidmətlər göstərilib.
Azərbaycanda son yarımildə 4350 əlilə bərpa-müalicə xidməti göstərilib

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan bərpa-müalicə müəssisələrində son yarımildə 4350 nəfərədək əlilə müvafiq xidmətlər göstərilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, hazırda respublikanın 14 regionu üzrə fəaliyyət göstərən həmin müəssisələrdə hər il təqribən 9 minə yaxın əlil bərpa-müalicə xidməti ilə təmin olunur. Bu istiqamətdə aparılan işlər əlillərin reabilitasiyasında önəmli rol oynayır. Belə ki, cari ilin 6 ayında əlillər arasında tam reabilitasiya göstəricisi 3300 nəfərə yaxın olub.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hazırda dünya üzrə əlillərin əhali tərkibində faiz göstəricisi 10-15%-dir. Azərbaycanda isə bu rəqəm 4,4% təşkil edir ki, bu da dünya üzrə ən aşağı göstəricilərdəndir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti