...

Mingəçevir Su Anbarında seysmoloji baxımdan tədqiqatların aparılması üçün layihə hazırlanıb

Cəmiyyət Materials 15 Avqust 2013 13:11 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu seysmik baxımdan təhlükəli ərazidə olan Mingəçevir Su Anbarında tədqiqatların aparılması üçün layihə hazırlayıb.
Mingəçevir Su Anbarında seysmoloji baxımdan tədqiqatların aparılması üçün layihə hazırlanıb

Azərbaycan, Bakı, 15 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu seysmik baxımdan təhlükəli ərazidə olan Mingəçevir Su Anbarında tədqiqatların aparılması üçün layihə hazırlayıb. Bu barədə Trend-ə AMEA-dan məlumat verilib.

Akademiyadan bildirilib ki, hazırda layihənin icrası üçün Fövqəladə Hallar Nazirliyi ilə birgə maliyyə dəstəyi axtarılır. AMEA hazırda Mingəçevir Su Anbarında seysmik baxımdan tədqiqatların aparılmasını olduqca zəruri sayır: "Orada mütləq tədqiqat, monitorinq aparılmalı və nəzarət sistemi yaradılmalıdır. Bura Azərbaycan üçün ən böyük təhlükə mənbəyidir. Burada müəyyən proseslər gedir, onun yaxınlığında catlar əmələ gəlir".

Akademiyadan əlavə edilib ki, layihənin icrasına başlamaq o qədər asan deyil və bunun üçün böyük maliyyə vəsaiti tələb olunur: "Bu layihə üçün maliyyə dəstəyi olmasa, heç nə etmək mümkün olmaz. Çünki bu, böyük bir tədqiqatdır. Akademiyanın da elə bir maliyyə mənbəyi yoxdur ki, ondan istifadə etsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti