...

Azərbaycanda istehlaka yararsız məhsullar məhv edilib

Cəmiyyət Materials 29 Avqust 2013 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 avqust /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən paytaxtda və respublikanın bir sıra şəhər və rayonlarında keçirilən növbəti monitorinqlər zamanı saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb. Bu barədə cümə axşamı Trend-ə İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.

Ümumilikdə, monitorinqlər zamanı 450 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Məlumatda bildirilir ki, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti