...

Azərbaycanda vəkil olmaq istəyənlərə daha bir şans verildi

Cəmiyyət Materials 30 Avqust 2013 14:50 (UTC +04:00)
Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunun tələbinə uyğun olaraq Vəkillər Kollegiyasına qəbul olunmaq arzusunda olan şəxslərin sənədlərinin qəbulu noyabrın 4-ə uzadılıb. Bu barədə Trend-ə Vəkillər Kollegiyasından məlumat verilib.
Azərbaycanda vəkil olmaq istəyənlərə daha bir şans verildi

Azərbaycan, Bakı, 30 avqust /Trend/

Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunun tələbinə uyğun olaraq Vəkillər Kollegiyasına qəbul olunmaq arzusunda olan şəxslərin sənədlərinin qəbulu noyabrın 4-ə uzadılıb. Bu barədə Trend-ə Vəkillər Kollegiyasından məlumat verilib.

Qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər müvafiq sənədləri təqdim etməklə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müraciət edə bilərlər.

Sənədlərə Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən olunmuş formada ərizə, şəxsiyyət vəsiqəsinin surəti (notariat qaydasında təsdiq edilmiş), ali təhsil barədə diplom və onun notariat qaydasında təsdiq edilmiş surəti, əmək kitabçasının notariat qaydasında və ya iş yerində təsdiq edilmiş surəti, kadrların şəxsi məlumat vərəqəsi, tərcümeyi- hal, əqli cəhətdən sağlamlıq barədə tibbi arayış, 3-4 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil, 4-6 ölçüdə 4 ədəd rəngli fotoşəkil daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti