...

“AtaHolding”in əməkdaşları arasında stolüstü tennis üzrə yarış keçirilib (FOTO)

Cəmiyyət Materials 2 Sentyabr 2013 12:25 (UTC +04:00)
31 avqust 2013-cü il tarixində “Excelsior Hotel Baku” otelinin və “AtaSığorta” ASC-nin dəstəyi ilə “Aura” sağlamlıq mərkəzində “AtaHolding” Şirkətlər Qrupunun əməkdaşları və jurnalistlər arasında stolüstü tennis üzrə yarış keçirildi. Bu barədə Trend-ə şirkətlər qrupundan daxil olan məlumatda deyilir.
“AtaHolding”in əməkdaşları arasında stolüstü tennis üzrə yarış keçirilib (FOTO)

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

31 avqust 2013-cü il tarixində "Excelsior Hotel Baku" otelinin və "AtaSığorta" ASC-nin dəstəyi ilə "Aura" sağlamlıq mərkəzində "AtaHolding" Şirkətlər Qrupunun əməkdaşları və jurnalistlər arasında stolüstü tennis üzrə yarış keçirildi. Bu barədə Trend-ə şirkətlər qrupundan daxil olan məlumatda deyilir.

"AtaHolding" Şirkətlər Qrupunun əməkdaşlarının mübarizəsində "AtaTexnologiya" MMC-nin əməkdaşı Cahangir Qənizadə bütün rəqiblərini məğlub edərək, birinci yeri tutdu. "AtaBank" ASC-nin əməkdaşı Rüstəm Səfərov ikinci yeri, "AtaSığorta" ASC-nin əməkdaşı Ramil Abdullayev üçüncü pilləyə sahib çıxdı.

Jurnalistlər arasında keçirilən stolüstü tennis yarışında "Sportsman" jurnalının əməkdaşı Bəhruz Səmədov qalib adını qazanıb. "Sportsman" jurnalının əməkdaşı Rəşad Qəmərşahoğlu ikinci olub. AzərTAc agentliyinin əməkdaşı Məhərrəm İbrahimov üçüncü yerə sahib oldu. Qaliblərə sertifikatlar və hədiyyələr təqdim edildi.

"AtaSığorta" ASC İdarə Heyəti Sədrinin müavini Orxan Məmmədov yarışla bağlı qeyd etmişdir ki, "Asudə vaxtın təşkili, komanda ruhunun yüksəldilməsinə yönəldilmiş idman yarışları nəinki əməkdaşların maraqlı və parlaq istirahət etməsinə, həm də effektiv komandanın formalaşmasına xidmət edir. Komanda oyunları komanda ruhunun yüksəlməsinə kömək edir, pozitiv emosiyalar və yaxşı əhval-ruhiyyə bəxş edir. Şirkətlərimizin fəaliyyətinin uğurunu təmin edən amillərdən biri elə məhz yaxşı korporativ komandanın olmasıdır".

Yarışın yekunlarına görə, qaliblərə fəxri fərmanlar və hədiyyələr təqdim edildi.
"Excelsior Hotel Baku" oteninin Marketinq və Satış departamentinin direktoru Damla Bayık bildirdi ki, "Bir çox uğurlu iş adamları üçün idman meydançası artıq nəinki iş günündən sonra əla dincəlmək imkanı, həm də sərbəst şəraitdə cari məqamları müzakirə etmək imkanıdır. Stolüstü tennis biznesin fəaliyyəti olduqca yaxşı ifadə edir, belə ki, bu idman növündə situasiyalar ildırım sürətilə dəyişə bilir. Oyun zamanı tennisçi təkcə düşünmür, o, analiz etməli, müşahidə aparmalı, fikrini tam cəmləşdirməlidir. Stolüstü tennis əzələlərin bütün qruplarına düşən sabit və bərabər yüklənməni təmin edir, üstəlik öz imkanlarını düzgün qiymətləndirmək və bədən hərəkətlərini dəqiq koordinasiya etmək qabiliyyətini inkişaf etdirir".

2003-cü ildə fəaliyyətə başlamış "AtaHolding" ASC kapitalı iqtisadiyyatın müxtəlif sahələrinə investisiya yatırır, maliyyə və intellektual resurslarla, həmçinin korporativ idarəetməni həyata keçirir. "AtaHolding" ASC-nin nizamnamə kapitalı əsasən maliyyə, informasiya texnologiyalarının, sənaye sahələrinin, xidmətlərin və turizmin inkişafına yönəldilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti