Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir İ.İzzət/
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqəyə yekun vurulub.
Ədliyyə Nazirlyindən Trend-ə verilən məlumata görə, Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı 2013-cü ilin iyun ayının 9-da keçirilmiş test imtahanından uğur qazanmış namizədlərlə Nazirliyin Müsabiqə Komissiyası tərəfindən fərdi qaydada söhbət aparılıb və artıq müsabiqəyə yekun vurulub.
Nazirlikdən verilən məlumata görə, 49 namizədlər söhbətdən müvəffəqiyyətlə keçib. Onlar qanunvericiliyə əsasən peşə fəaliyyətinə buraxılması məqsədilə sentyabrın 5-dən etibarən Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunacaqlar.
Əlavə məlumat almaq istəyənlər Ədliyyə Nazirlyinin www.justice.gov.az rəsmi saytına müraciət edə bilərlər.