...

Nizami Gəncəvinin dünyada Azərbaycan şairi kimi tanıdılması üçün beynəlxalq institutlarla birgə proqram imzalanacaq

Cəmiyyət Materials 6 Sentyabr 2013 14:49 (UTC +04:00)
Nizami Gəncəvi irsinin dünyada tanıdılması istiqamətində çox böyük işlər görülür. Bu yaxınlarda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə beynəlxalq institutlar arasında böyük bir proqram imzalanacaq.
Nizami Gəncəvinin dünyada Azərbaycan şairi kimi tanıdılması üçün beynəlxalq institutlarla birgə proqram imzalanacaq

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir İ.İzzət/

Nizami Gəncəvi irsinin dünyada tanıdılması istiqamətində çox böyük işlər görülür. Bu yaxınlarda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə beynəlxalq institutlar arasında böyük bir proqram imzalanacaq.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib.

Komitə sədrinin sözlərinə görə, Nizami Gəncəvi irsinin beynəlxalq tədqiqatçılar tərəfindən bir daha araşdırılması, onun daha da geniş açılması və dünya ictimaiyyətinə oxunan dildə çatıdırılması məsələsi ortaya qoyulub. Nizaminin bütün dünya kitabxanalarında, müxtəlif ölkələrdə olan əlyazmaları bir daha öyrəniləcək və onun həqiqətən də Azərbaycan şairi olduğu tanıdılıcaq:

"Hamı bilir ki, Nizami fars dilində yazıb. Amma Azərbaycanda çoxlu sayda rus dilində yazan, Azərbaycan dilində bir sətir şeiri və ya hekayəsi olmayan çoxlu rusdilli yazıçı var. Bu o demək deyil ki, onlar rusdurlar. Onlar azərbaycanlıdırlar. Eynilə də Nizami Gəncəvinin yaşadığı dövrdə konyuktura elə olub ki, o, fars dilində yazıb. Amma bu o demək deyil ki, o fars olub. O, Gəncə şəhərində yaşayıb, böyüyüb, orada dəfn olunub. Yenə cənubi azərbaycanlı desəydilər dərd yarıydı, amma ona fars şairi demək yanlışdır. Heç də miilliyyətcə ingilis olmayan, lakin ingilis dilində yazan şair və yazıçılara heç kim ingilis demir. Hər kəsin öz milliyyəti, öz yaşadığı torpağa aidiyyatı var. Ona görə də Nizami Gəncəvi də dahi Azərbaycan şairidir, Azərbaycan fəlsəfi fikrini inkişaf etdirən böyük mütəfəkkirdir."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti