...

Bakı Şəhər Təhsil İdarəsi: I sinfə qəbulla bağlı müsabiqənin keçirilməsi qadağan olunmalıdır

Cəmiyyət Materials 10 Sentyabr 2013 13:14 (UTC +04:00)
I sinfə qəbul mikroərazilər üzrə aparılmalı, bununla bağlı hər hansı müsabiqə keçirilməsi qadağan olunmalıdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə Bakı təhsil işçilərinin respublika konfransında Bakı Şəhər Təhsil İdarəsinin müdir əvəzi Məhəmməd Bayramov deyib.
Bakı Şəhər Təhsil İdarəsi: I sinfə qəbulla bağlı müsabiqənin keçirilməsi qadağan olunmalıdır

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

I sinfə qəbul mikroərazilər üzrə aparılmalı, bununla bağlı hər hansı müsabiqə keçirilməsi qadağan olunmalıdır. Trend-in məlumatına görə, bunu Bakı təhsil işçilərinin sentyabr konfransında Bakı Şəhər Təhsil İdarəsinin müdir əvəzi Məhəmməd Bayramov deyib.

Onun sözlərinə görə, yalnız mikroərazilər üzrə şagird qəbulu başa çatdıqdan sonra digər vətəndaşların müraciətlərinə baxmaq olar.

M.Bayramov bildirib ki, istər Təhsil Nazirrliyinə, istərsə də BŞTİ-yə I sinfə şagird qəbulu ilə baglı vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər daxil olur. Bu şikayətlərdə müsabiqə şərtləri, məktəbdə artıq yerin olmaması və sairə səbəblər əsas gətirilərək vətəndaşlar incidilir: "Bu da təhsil sistemi barədə xoşagəlməz fikirlərin yaranmasına şərait yaradır. Belə xoşagəlməz halların qarşısının alınması üçün hesab edirik ki, ilk növbədə I sinfə qəbul mikroərazilər üzrə aparılmalı, bununla bağlı hər hansı müsabiqə keçirilməsi qadağan olunmalıdır".

M.Bayramov əlavə edib ki, son illər ümumtəhsil məktəblərinin I siniflərində şagird qəbulunun sayı artmaqda davam edir. 2012/2013-cü dərs ilində I sinfə 36431 şagird qəbul olunub. 2013/2014-cü dərs ilində də I siniflərə qəbul olunan şagirdlərin sayında artım gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti