...

Azərbaycanın tarixi dövlətləri barədə kitab ingilis dilində, "cib kitabı" formatında nəşr edilib

Cəmiyyət Materials 4 Oktyabr 2013 16:15 (UTC +04:00)
Heydər Əliyev İrsini Araşdırma Mərkəzin nəşri olan "Tarixi Azərbaycan dövlətləri" kitabı ingilis dilində, "cib kitabı" formatında nəşr edilib.
Azərbaycanın tarixi dövlətləri barədə kitab ingilis dilində, "cib kitabı" formatında nəşr edilib

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Heydər Əliyev İrsini Araşdırma Mərkəzin nəşri olan "Tarixi Azərbaycan dövlətləri" kitabı ingilis dilində, "cib kitabı" formatında nəşr edilib.

Trend-in məlumatına görə, ilk dəfə ötən ilin aprelində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə Azərbaycan, ingilis, erməni, gürcü, Ukrayna və Moldova dillərində çap edilən "Tarixi Azərbaycan dövlətləri" kitabı Bakıda keçirilən Avronest Parlament Assambleyası sessiyasının iştirakçıları arasında yayılıb.

Tarixi Azərbaycan dövlətləri haqqında qısa məlumat verilən kitabda, həmçinin həmin dövlətlərin xəritələri öz əksini tapıb. Oxucular arasında böyük maraqla qarşılandığı nəzərə alınaraq, kitabın ikinci nəşri Azərbaycan və ingilis dillərində nəşr edilib.

Kitab ilk gündən Ermənistanın kütləvi informasiya vasitələrinin böyük etirazına səbəb olub. Kitaba qarşı dəfələrlə erməni mətbuatında hədyan dolu yazılar çap olunub.

Artıq bu faktlar kitabın mahiyyət etibarilə hədəfə çatdığını göstərir. Elə bu məqsədlə və xaricdə intensiv yayımını təmin etmək üçün kitabın ingilis dilində və fərqli formatda versiyasının buraxılması qərara alınıb.

Kitabın ideya müəllifi Şamaxının millət vəkili E.Süleymanov, məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü İlyas Babayev, "Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri" seriyasının məsləhətçisi, AMEA-nın həqiqi üzvü Asəf Nadirov və yaradıcı qrupun rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayevdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti