...

Fizuli Ələkbərov Mingəçevirdə vətəndaş qəbulu keçirib (FOTO)

Cəmiyyət Materials 18 Oktyabr 2013 14:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 oktyabr /Trend /

Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu qrafikinə uyğun olaraq, oktyabrın 18-də əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov Mingəçevir şəhərində vətəndaşları qəbul edib.

Nazirlikdən Trend-ə daxil olan məlumata görə, qəbul zamanı Mingəçevir, Gəncə, Naftalan şəhərlərinin, Goranboy, Fizuli, Ağcabədi, Ağdam, Bərdə və Tərtər rayonlarının sakinlərinin, ümumilikdə 70 nəfərə yaxın sakinin "Açıq qapı" şəraitində müraciətləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılıb. Müraciət edən vətəndaşların bir qisminin qaldırdıqları məsələlər elə yerindəcə həllini tapıb.

Həmçinin aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən "Özünədəstək" proqramına cəlb olunmaq üçün müvafiq potensiallara malik aztəminatlı ailələr də müəyyən olunaraq, onların aktiv sosial müdafiə tədbirlərinə cəlb edilməsi qərara alınıb. Nazir Fizuli Ələkbərov digər müraciətlərdə əksini tapan məsələlərin qısa vaxt ərzində araşdırılaraq obyektiv və ədalətli şəkildə həllini tapması barədə müvafiq struktur bölmələrinə göstəriş verib. Vətəndaşların nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Mingəçevir şəhərində keçirilən qəbul haqqında öncədən KİV-lərdə məlumat verilib, müraciət etmək istəyən vətəndaşların qeydiyyatı aparılıb. Məlumat üçün bildirək ki, 2013-cü ilin ötən dövrü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri və nazirliyin digər rəhbər şəxsləri tərəfindən Bakıda və müxtəlif bölgələrdə ümumilikdə 18 dəfə vətəndaş qəbulu həyata keçirilib, 770 nəfərdən çox vətəndaş qəbul edilərək müraciətləri araşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti