Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir S.Əhmədova/
2015-ci ilədək Azərbaycanda əhalinin illik artımı 1,1% təşkil edəcək. Trend-in məlumatına görə, bu barədə BMT-nin Əhali Fondunun (UNFPA) hesabatında bildirilir.
Hesabatda bildirilir ki, Gürcüstanda əhalinin artım tempi 0,4, Ermənistanda isə 0,2% təşkil edəcək.
Hesabatda qeyd olunur ki, Azərbaycanda yaşı 5-dək olan hər 1000 uşaq arasında 47 ölüm faktı, hər 100 min doğuşda isə 43 ana ölümü qeydə alınır.