...

Əli Əhmədov: Qarşıda duran vəzifə səhiyyə xidmətinin keyfiyyətinin yaxşılaşdırılmasıdır

Cəmiyyət Materials 8 Noyabr 2013 15:12 (UTC +04:00)
Azərbaycanda Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əhəmiyyətli bir hissəsi insanlara qayğı və qayğının səviyyəsinin artırılması ilə əlaqədardır.
Əli Əhmədov: Qarşıda duran vəzifə səhiyyə xidmətinin keyfiyyətinin yaxşılaşdırılmasıdır

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir E.Mehdiyev/

"Azərbaycanda Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əhəmiyyətli bir hissəsi insanlara qayğı və qayğının səviyyəsinin artırılması ilə əlaqədardır. O cümlədən də səhiyyə xidmətinin yaxşılaşdırılması, digər sahələrdə sosial plroblemlərin həlli istiqamətində iri layihələr həyata keçirilib". Trend-in məlumatına görə, bunu jurnalistlərə Baş nazirin müavini Əli Əhmədov ölkədə həyata keçirilən sosial layihələrlə bağlı məsələyə toxunarkən bildirib.

Ə.Əhmədov deyib ki, Azərbaycanda səhiyyə infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələr kifayət qədər böyük miqyasdadır: "Azərbaycanda xəstəxanalarda vəziyyət köklü surətdə yaxşılaşıb. Bu istiqamətdə həm layihələr, həm də islahatlar bundan sonra da davam etdiriləcək. İndi qarşıda duran vəzifələr ondan ibarətdir ki, səhiyyə xidmətinin keyfiyyəti daha da yaxşılaşdırılsın, həkimlərin peşəkarlıq səviyyəsi yüksəldilsin. Bu istiqamətdə işlər ümumilikdə dünya standartları səviyyəsinə qaldırılsın ki, Azərbaycan vətəndaşlarının hər birinə keyfiyyətli səhiyyə xidməti göstərilsin və müalicə üçün Azərbaycandan kənara gedənlərin sayı azalsın".

Baş nazirin müavininin sözlərinə görə, belə hallar gələcəkdə tamamilə aradan qaldırılmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti