...

Azərbaycan qonşu ölkələri sərhəddən keçən su axınlarının mühafizəsi üzrə normalara əməl etməyə çağırır

Cəmiyyət Materials 22 Noyabr 2013 14:56 (UTC +04:00)
Milli Məclis BMT-nin Sərhəddən kecən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Helsinki Konvensiyasına edilən düzəlişləri qəbul edib.
Azərbaycan qonşu ölkələri sərhəddən keçən su axınlarının mühafizəsi üzrə normalara əməl etməyə çağırır

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir A.Axundov/

Milli Məclis BMT-nin Sərhəddən kecən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Helsinki Konvensiyasına edilən düzəlişləri qəbul edib.

Trend-in məlumatına görə, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov deyib: "Düzəlişlərin əsas məqsədi Konvensiyaya qoşulmanın bəzi prosedurlarına aydınlıq gətriməkdir. Konvensiya iştirakçıları qonşu ölkələrin də bu tələblərə əməl etmələrinə çalışırlar. Azərbaycan Konvensiyaya 2003-cü ildən qoşulub".

Deputat Siyavuş Novruzovun sözlərinə görə, bu konvensiya çox vacibdir. Çünki Azərbaycan qonşu ölkələrlə ümumi su obyektlərinə malikdir və fitnəkar hərəkətlərlə rastlaşır: "Məsələn, erməni tərəfi Kür və Araz çaylarını müntəzəm şəkildə kimyəvi maddələrlə çirkləndirir ki, bu da əhali üçün problemlər yaradır. Çirkləndirilmiş su İran tərəfdən də daxil olur. Bu ölkələrin də Konvensiyaya qoşulmaları yaxşı olardı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti