...

Dəmir yolunun Zəyəm-Dəllər mənzilində 12,3 yol km yol əsaslı təmir olunur (FOTO)

Cəmiyyət Materials 27 Noyabr 2013 09:48 (UTC +04:00)
"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.
Dəmir yolunun Zəyəm-Dəllər mənzilində 12,3 yol km yol əsaslı təmir olunur (FOTO)

Azərbaycan, Bakı, 27 noyabr /Trend/

"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 27 noyabrda dəmir yolunun Zəyəm-Dəllər mənzilində 12,3 km yolun əsaslı təmirinə başlanılıb.

Səhər tezdən start götürən təmir işləri on gün davam edəcək.

Ümumiyyətlə, 317 kilometrin təmiri dekabr ayının ikinci dekadasında başa çatacaq.

Əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisələri həyata keçirir. MMC-nin baş mühəndisi Əfsələddin Gəncəliyevin verdiyi məlumatda bildirilir ki, "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində əsaslı təmir işlərinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib, bu günə kimi 301 kilometr yol əsaslı təmir olunub, bunun da 240 kilometrinin 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənməsi başa çatıb.

İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti