...

Azərbaycan sinoptikləri istirahət günü hansı hava şəraitini vəd edir?

Cəmiyyət Materials 30 Noyabr 2013 12:28 (UTC +04:00)
Bakıda və Abşeron yarımadasında dekabrın 1-də havanın temperaturunun gecə 6-9, gündüz 12-16 dərəcə isti olacağı gözlənilir.
Azərbaycan sinoptikləri istirahət günü hansı hava şəraitini vəd edir?

Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir İ.İsabalayeva/

İstirahət günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında dekabrın 1-də havanın temperaturunun gecə 6-9, gündüz 12-16 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 1-də hava şəraitinin əsasən yağmursuz olacağı, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-8, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti