...

Bakıda bayram günlərində təcili tibbi yardım üçün müraciətlərin sayı artaraq 10 minə çatıb

Cəmiyyət Materials 4 Yanvar 2014 12:58 (UTC +04:00)
Bayram günləri Bakıda təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarına müraciətlərin sayı artaraq təxminən 10 minə çatıb.
Bakıda bayram günlərində təcili tibbi yardım üçün müraciətlərin sayı artaraq 10 minə çatıb

Azərbaycan, Bakı, 4 yanvar /Trend, müxbir İ.İzzət/

Bayram günləri Bakıda təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarına müraciətlərin sayı artaraq təxminən 10 minə çatıb. Bu barədə Trend-ə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova məlumat verib.

Onun sözlərinə görə, bayram günlərində BŞTTTYS-də 9617 müraciət qeydə alınıb. Belə ki, 2013-cü il dekabrın 31-də 2 497, 2014-cü il yanvarın 1-də 2 370, yanvarın 2-də 2 450, yanvarın 3-də isə 2 300 çağırış olub. Halbuki adi günlərdə müraciətlərin sayı adətən 1500-1600 olur:

"Bayram günlərində poliklinikalar işləmədiyindən şəhərin bütün yükü təcili tibbi yardım stansiyalarının üzərinə düşüb. Ona görə də çağırışların sayı xeyli artıb. Çağırışlar, əsasən, böyüklərdə arterial təzyiq və kəskin respirator xəstəliklərlə (KRX) bağlı olub. Həmçinin uşaqlarda KRX ilə bağlı çağırışların sayı artıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti