...

Türkiyədə vərəm xəstələrinin sayı azalır

Cəmiyyət Materials 5 Yanvar 2014 15:51 (UTC +04:00)
Türkiyə Səhiyyə Nazirliyi ölkədə və dünyada vərəm xəstəliyinə yoluxma hallarının getdikcə azaldığını bildirir.
Türkiyədə vərəm xəstələrinin sayı azalır

Azərbaycan, Bakı, 5 yanvar /Trend/

Türkiyə Səhiyyə Nazirliyi ölkədə və dünyada vərəm xəstəliyinə yoluxma hallarının getdikcə azaldığını bildirir. Bu barədə Trend "Zaman" qəzetinə istinadən məlumat verir.

Nazirliyin məlumatına görə, ölkədə vərəm xəstələrinin sayı hər il təqribən 6 faiz azalır. Türkiyədə ildə orta hesabla 13-14 min yeni vərəm xəstəsi qeydə alınır:

"2005-2006-cı illərdə ölkədə 21 min vərəm xəstəsi olduğu halda, 2012-ci ildə bu göstərici 14 691-dək azalıb. Xəstələrin 59 faizi kişi, 41 faizi isə qadındır. Xəstələrin 64 faizində ağciyər vərəmi aşkar edilib".

Xəstələrin 1,8 faizi vərəmə xarici ölkələrdə yoluxublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti