...

Gəncədə 3 nömrəli peşə məktəbinin açılışı olub (FOTO)

Cəmiyyət Materials 8 Yanvar 2014 13:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 y7anvar

Bu gün Gəncə şəhərində 3 nömrəli peşə məktəbinin açılış mərasimi olub.

Gəncə şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, açılışda icra başçısı Elmar Vəliyev, şəhər rəsmiləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Gəncəyə göstərdiyi diqqət və qayğısına görə xüsusi minnətdarlığını bildirib, məktəb kollektivini təbrik edib, onlara işlərində müvəffəqiyyətlər arzulayıb.

Lentkəsmə mərasimindən sonra məktəbə daxil olan icra başçısı Elmar Vəliyev və digər rəsmi nümayəndələr sinif otaqları, o cümlədən avtomobilin quruluş laboratoriyasının, gənclərin çağırışaqədər hərbi hazırlıq, telekommunikasiya, mühasibat, yol hərəkət qaydaları və dərzi kabinetinin iş strukturu ilə tanış olub.

Qeyd edək ki, məktəb 1969-cu ildən fəaliyyət göstərməsinə baxmayaraq, heç bir zaman təmir olunmayıb. 2012-ci ilin iyun ayından 2013-cü ilin sentyabr ayına qədər aparılan əsaslı təmir nəticəsində məktəbin binası müasir və bu günün tələblərinə cavab verən səviyyəyə gətirilib.

Hazırda məktəbdə 6 peşə - avtomobilin təmiri üzrə çilingər, avtomobil sürücüsü, inşaat-xarrat, radioelektron aparat və cihazların yığıcı çilingəri, telekommunikasiyada komputer texnikasının operatoru, tikişçi", Əməliyyatçı mühasib üzrə dərslər tədris olunur.

Bu peşələr üzrə 120 şagirdə 26 nəfər pedaqoji və yardımcı heyyət xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti