...

Azərbaycanda gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 12 minə yaxın fiziki şəxs məsuliyyətə cəlb edil­ib (FOTO)

Cəmiyyət Materials 10 Yanvar 2014 19:58 (UTC +04:00)
2013-cü il ərzində aşkar olunmuş 12 128 gömrük qaydaları əleyhinə inzi­bati xəta faktları üzrə 354 hüquqi şəxs (o cümlədən 181 xarici hüquqi şəxs) və 11 771 fiziki şəxs (o cümlədən 7477 xarici) inzibati məsuliyyətə cəlb edil­ib.
Azərbaycanda gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 12 minə yaxın fiziki şəxs məsuliyyətə cəlb edil­ib (FOTO)

Azərbaycan, Bakı, 10 yanvar /Trend/

2013-cü il ərzində aşkar olunmuş 12 128 gömrük qaydaları əleyhinə inzi­bati xəta faktı üzrə 354 hüquqi şəxs (o cümlədən 181 xarici hüquqi şəxs) və 11 771 fiziki şəxs (o cümlədən 7477 xarici) inzibati məsuliyyətə cəlb edil­ib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, göstərilən şəxslərə qarşı 1 milyon 255 min 121 manat cərimə tətbiq olunmaqla, dəyəri 199 min 108 manat olan mallar müsadirə edilib.

Gömrük qaydaları əleyhinə inzibati xətalar əsasən malların və nəqliyyat va­si­tələrinin vaxtında çatdırılmaması, gömrük sərhədindən gömrük nəza­rə­tindən gizli və kənar keçirilməsi, bəyan edilməməsi və ya düzgün bəyan edil­məməsi, müvəqqəti idxalı ilə əlaqədar olub.

"Valyuta tənzimi haqqında" qanuna və digər qanunvericilik aktlarına əsasən valyuta nəzarəti orqanı olan gömrük orqanları rezident və qeyri-rezidentlər tərəfindən valyuta və valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üzərində valyuta nəzarətini həyata keçirər­kən valyuta qanunvericiliyinin tələb­lərini pozan şəxslərdən 343 380 ABŞ dolları, 59 035 avro dəyərində 9 kq 115 qram qızıl, 4946 manat dəyərində 27 ədəd qızıl əşya, 77 kq gümüş, 22 920 manat dəyə­rində 2191 ədəd gümüş əşya, 14 238 manat dəyərində 86 karat qiymətli daşlar aşkar olunub.

Hesabat ilində həmçinin 11 ədəd bədii, tarixi, arxeoloji əhəmiyyət kəsb edən əşya, 675 min ədəddən çox pe­tarda və digər pirotexnika məhsulları, 9 ədəd elektroşok cihazı, 51 ədəd odlu silah patronu, 3 ədəd ov silahı, 85 978 ədəd ov silahlarının sursat və ləva­zimat­ları, 161 kq barıt, 5 ədəd qaz silahı və 215 ədəd qaz silahı üçün patron, 19 ədəd pnev­matik silah və 4274 ədəd pnevmatik silah üçün sursat, 159 ədəd soyuq silah, 644 ədəd televizor, 2414 ədəd mobil telefon və 5228 ədəd telefon akse­suarları, 61481 manat dəyə­rində dərman vasitələri və külli miqdar­da digər mallar tutulub.

Azərbaycan Respulikası Prezidenti­nin "Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, id­xa­lının və satışının tənzimlənməsi sa­hə­sində əlavə tədbirlər haqqında" fərmanı və digər qanunvericilik aktları ilə gömrük orqanlarına həvalə edilmiş alkoqollu içkilərin, etil (yeyinti) spirti­nin və tütün məmulatlarının idxalı zamanı vergidən yayınma və aksiz mar­kalarının tətbiqi qaydalarının pozulma­sı hallarının qarşısını almaq üçün qəti tədbirlər həyata keçirilib, aksiz mar­ka­sız və ya digər qanunsuz yollarla keçirilməsinə cəhd göstərilən 516 520 ədəd xaricdə istehsal olunan siqaret, 1060 litr və 1867 ədəd spirtli içki sax­lanılıb.

Qaçaqmalçılığa və gömrük hüquq­pozmalarına qarşı mübarizənin səmə­rəliliyinin artırılmasında beynəlxalq və regional əməkdaşlığın xüsusi əhəmiy­yəti nəzərə alınmaqla 2013-cü ildə xa­rici gömrük xidmətlərinin hüquq müha­fizə blokları ilə ikitərəfli və çoxtərəfli əlaqələrin genişləndirilməsi işi davam etdirilib.

6-7 noyabr 2013-cü il tarixlərində Bakı şəhərində MDB iştirakçı dövlət­lərinin Gömrük Xidmətləri Rəhbərləri Şu­rasının Hüquq Mühafizə Bölmələri Başçılarının 10-cu yubiley iclası təşkil olunaraq keçirilib, Komitənin əmək­daşları tərəfindən iştirakçılara Azərbay­can gömrük xidmətinin hüquq müha­fizə fəaliyyəti və qabaqcıl təcrübəsi haq­qında təqdimat nümayiş etdirilib.

Bundan əlavə, Komitənin əmək­daş­ları 14-15 noyabr 2013-cü il tarixlə­rin­də Qəbələ şəhərində keçirilən "Böyük İpək Yolu ölkələrində ticarətə və onun sadə­ləşdirilməsinə köməklik göstərilmə­sində gömrük təşkilatlarının rolu haqqında 6-cı Beynəlxalq Forum"da iştirak edərək "Beynəlxalq ticarətin yüngülləşdirilməsi kontekstində təhlü­kəsizliyin təmini" mövzusunda və 25-26 noyabr 2013-cü il tarixlərində Ma­kedoniyanın Skopye şəhərində keçi­ri­lən Ümumdünya Göm­rük Təşkilatı (ÜGT) Avropa regionu gömrük xid­mətlərinin istintaq və təhqi­qat bölmə­ləri başçılarının 20-ci iclasında iştirak edərək "Azərbaycan Respublikası göm­rük orqanlarının hüquq mühafizə fəaliyyəti" mövzusunda təqdimat nüma­yiş etdiriblər.

Hesabat ilində ÜGT-nin Hüquq-Mühafizə Şə­bəkəsi (CEN) və bu təşkilatın regio­nal quru­mu olan "RİLO-Moskva" ilə əmək­daşlıq gücləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti